RU

"Fitch" Türkiyənin kredit reytinqiniyüksəltdi

Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" Türkiyənin kredit reytinqini artırdığını açıqladı.

Bakıvaxtı.az xəbər verir ki, qurum ölkənin uzunmüddətli yerli və xarici valyutada reytinqini "B+"dan "BB-"yə qaldırıb. Bildirilib ki, bu qərar Türkiyənin iqtisadi vəziyyətindəki müsbət dəyişikliklər və islahatların təsiri ilə əlaqələndirilir.

Qurumun qərarında Türkiyənin iqtisadi göstəricilərinin yaxşılaşması, inflyasiyanın azalmağa başlaması və maliyyə sektoru üzrə həyata keçirilən islahatların rol oynadığı vurğulanıb.

Agentlik, həmçinin, ölkənin iqtisadi artım potensialını və xarici sərmayələrin artmasını qeyd edib.

Türkiyə hökuməti bu müsbət qiymətləndirməni ölkənin iqtisadi siyasətlərinin uğuru kimi qiymətləndirərək gələcəkdə də islahatların davam etdiriləcəyini açıqlayıb.

Əli Hüseynov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
44
bakivaxti.az

1Источники