RU

Rusiyanın bu şəhərində Ukrayna Baş Komandanını gözləyirlər?..-FOTOLAR

Göründüyü kimi, general Sırskinin fotolarından biri Tambov universitetinin hərbi təlim mərkəzi yerləşən binanın düz qarşısına yapışdırılıb...
 
Rusiyanın Tambov şəhərində naməlum şəxslər küçələrdə Ukrayna Silahlı Qüvvələrinin  Baş Komandanı Aleksandr Sırskinin fotolarını yayıblar. Bu minvalla onlar Rusiya Federasiyasının terror müharibəsini davam etdirəcəyi təqdirdə Ukrayna Silahlı Qüvvələrinin tezliklə şəhərə daxil ola biləcəyinə eyham vurublar.
Moderator.az İsrail mediasına istinadla  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin 25-ci Xüsusi Əməliyyat Briqadasından məlumat çatdırılıb.
 
"Tambovun öz vəziyyəti var", - deyə Ukrayna hərbçiləri zarafat edib.
Onlar Tambov küçələrindən kadrlar nümayiş etdiriblər. Orada naməlum vətəndaşlar Aleksandr Sırskinin fotolarını şəhər dirəklərində yapışdırıblar. Şəkillər Rusiya müğənnisi Murat Nasirovun məşhur "Malçik xoçet v Tambov. Çiki, çiki, çik0"  ("Qaqaş Tambova gəlmək istəyir. Çiki, çiki, çiki") mahnısının sözləri ilə imzalanıb.
Göründüyü kimi, Ukrayna Baş Komandanının fotolarından biri Tambov universitetinin hərbi təlim mərkəzi yerləşən binanın düz qarşısına yapışdırılıb...
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
76
moderator.az

1Источники