RU

Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi - Anar Eyvazov

Bakı. Trend:

Özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatınimzalandığı vaxtdan 2023-cü ilin sentyabr ayınadək olan dövrdəErmənistan tərəfindən həyata keçirilən təxribatlar antiterrorəməliyyatının keçirilməsini labüd etmişdi.

Trend xəbər verir ki, bunuMüdafiə Nazirliyinin idarə rəisi polkovnik Anar Eyvazov antiterrorəməliyyatının uğurla başa çatmasının birinci ildönümü ilə bağlınazirliyin saytına müsahibəsində bildirib.

“Sentyabrın 19-da ölkəmizin dövlət qurumlarına məxsus ikinəqliyyat vasitəsinin qeyri-qanuni erməni silahlı dəstələrininkəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşaavtomobil yolunda əvvəlcədən quraşdırılmış minalara düşərəkpartlaması nəticəsində polis əməkdaşları, mülki vətəndaşlarımız vəhərbi qulluqçularımız həlak oldu və yaralandı. Ali Baş Komandanıngöstərişi ilə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması,Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatlarınqarşısının alınması, Ermənistan silahlı qüvvələrinin bölmələrinintərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbiinfrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmişərazilərə qayıdan dinc əhali, habelə bərpa və quruculuq işlərinəcəlb olunmuş mülki işçilərin, hərbi qulluqçularımızıntəhlükəsizliyinin təmin olunması və Azərbaycan RespublikasınınKonstitusiya quruluşunun bərpa edilməsi məqsədilə SilahlıQüvvələrimiz tərəfindən Qarabağ iqtisadi rayonunda antiterrorəməliyyatı keçirildi. Əməliyyat çərçivəsində Ermənistan silahlıqüvvələrinin birləşmələrinin qalıqlarının və qeyri-qanuni ermənisilahlı dəstələrinin ön xətt və dərinlikdə olan mövqeləri,uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və digərlegitim hərbi hədəfləri yüksək dəqiqliyə malik silahların tətbiqiilə sıradan çıxarıldı. Qanunsuz silahlı qruplaşmaların tərk-silahedilməsi və separatçı rejimin ləğvi nəticəsində Qarabağ iqtisadirayonu üzərində Azərbaycanın suverenliyi tam bərpa olundu”, - deyəpolkovnik diqqətə çatdırıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
15
az.trend.az

10Источники