"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simenone mərakeşli yarımmüdafiəçi Sofyan Amrabatı komandasında görmək istəyib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, avqustun son həftəsində Simeone şəxsən Amrabata bir neçə dəfə zəng edib. Lakin “Atletiko” yarımmüdafiəçini almaq hüququnu icarə müqaviləsinə daxil etmək istəməyib. Nəticədə 28 yaşlı yarımmüdafiəçi “Fənərbağça” ilə təmasa keçib. Belə ki, komandanın baş məşqçisi Joze Mourinyu da Amrabatla şəxsən danışıb.
Mərakeşli ulduz hələ yeni klubunda debüt etməyib. "Transfermarkt" yarımmüdafiəçinin dəyərini 22 milyon avro qiymətləndirir.
Mirağa