RU

Erməni dilini bilmək bizim üçün vacibdir — Millət vəkili

Xəbər verdiyimiz kimi,  ermənişünas alim İsmayıl Tanrıverdi  gələcəkdə Qarabağ universitetində də erməni dilinin təsris olunması ilə bağlı təklif irəli sürmüşdü.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Arzu Nağiyev bildirib ki, bu yeni təklif deyil:

“Həm xüsusi xidmət orqanları, həm  ordu üçün 1988-ci ildən başlayaraq Azərbaycana qarşı  ermənilər tərəfindən törədilən təxribat nəticəsində  işğal olunmuş ərazilərimizdə  məhz onların təxribat xarakterli fəaliyyətlərinin qarşısı alınması üçün bu istiqamətdə çox ciddi addımlar atılıb. Bu gün də, kifayət qədər erməni dilini bilən mütəxəssislərimiz var. Bu mütəxəssislər də hüquq mühafizə orqanlarında, digər sahələrdə çalışır. Erməni dilində hətta KİV-lərimiz var ki,  erməni dilində yayımlanıblar. Eyni zamanda, ali təhsil ocaqlarımızda da bu istiqamətdə də,  addımlar atılır.  Hətta erməni dilinin tədrisi ilə məşğul olan xüsusi müəllimlərimiz, eyni zamanda tələbələrimizi daha ciddi öyrədən mütəxəssislərimiz də var. Bu çox mühüm məsələdir.  Söhbət tək Ermənistanla aparılan müharibədən getmir, bu dili bilmək gələcəkdə  istər xarici işlər nazirliyi istiqamətində, istər diaspora istiqamətində, istərsə də digər mühüm beynəlxalq tədbirlərdə də çox mühümdür”.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
demokrat.az

1Источники