RU

Beyləqanda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib

Beyləqanda narkotik vasitə qəbul edib avtomobil idarə edən sürücü həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Beyləqan RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Əli İbadova “saxla” işarəsi verib.

Araşdırmalarla sürücünün narkotiklərin təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi müəyyən edilib.

Ə.İbadov barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
22
apa.az

10Источники