RU

BRICS sammitində Ermənistanı Nikol Paşinyan təmsil edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrda Kazanda keçiriləcək BRICS sammitində ölkə nümayəndə heyətinə rəhbərlik edəcək.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

Bununla yanaşı o bildirib ki, İrəvan BRICS-ə üzv olmaq üçün müraciət etmək niyyətində deyil, lakin Ermənistanın bu inteqrasiya birliyinin müxtəlif ölkələri ilə çoxşaxəli əlaqələri var.

Daha əvvəl Ermənistanın sammitdə iştirakı barədə Xarici İşlər Nazirinin müavini Mnatsakan Safaryan məlumat vermişdi, lakin ölkəni kimin təmsil edəcəyini dəqiqləşdirməmişdi.

BRICS sammiti 22-24 oktyabr tarixlərində Kazanda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
4
editor.az

4Источники