RU

Bakıya Paşinyan gəlir, yoxsa Mirzoyan? - Ermənistan KİV-dən ilk açıqlama 

Ermənistan mətbuatında son vaxtlar COP29-la bağlı müzakirələr səngimək bilmir. Müzakirələrin əsas mövzusu Bakının İrəvana iştirakla bağlı dəvətidir. 

Müxalif erməni mətbuatı Paşinyan hökumətini məsxərəyə qoyaraq, onun xarici işlər naziri Mirzoyanla birlikdə Bakıya getməyə “tələsdiklərini” iddia edir. Əslində, bu iddiaların hamısı heç də absurd deyil. Qərb mənbələri də Paşinyanın COP29-a qatılacağını güman edir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Elçin Mirzəbəyli bildirib ki, COP29-da iştirak edib-etməmək İrəvanın öz ixtiyarında deyil: vakansiya

“Bunu öncədən proqnozlaşdırmaq çətindir. Xüsusilə Ermənistan kimi konkret siyasəti bəlli olmayan və atdığı addımlar xaricdən idarə olunan bir ölkə ilə bağlı hətta mümkünsüzdür. Əgər onun havadarları tərəfindən İrəvana hansısa təlimat gələrsə, onda Paşinyan və ya hansısa hökumət nümayəndəsi gələ bilər. Mahiyyət etibarı ilə, bu məsələdə Ermənistanın müstəqil mövqe nümayiş etdirə biləcəyini düşünmürəm”. 

Politoloqun fikrincə, Paşinyanın Bakıya gəlməsi sülh və delimitasiya prosesinə müsbət təsir edə bilər: 

“Burada 2 məsələyə xüsusi diqqət edilməlidir. Birincisi, cənab prezidentin İtaliyadakı forum zamanı səsləndirdiyi fikirləri, xüsusilə sülh müqaviləsinin 80 faizinin razılaşdırılmasını, ikincisi isə delimitasiya-demarkasiyaya bağlı olan nəticələri. Bəlli olduğu kimi, Ermənistan tərəfi də bir neçə gün öncə, artıq müvafiq əsasnaməni təsdiqləyib. Bu əsasnamədə delimitasiya və demarkasiya prosesinin necə aparılacağı ilə bağlı bütün detallar yer alıb. Olduqca vacib bir sənəddir. Düşünürəm ki, bu proses öncəsi müsbət mesaj kimi dəyərləndirilə bilər. Çünki hökumət tərəfindən təsdiqlənib. Bu məqamlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını tezləşdirə bilər”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
1
yenisabah.az

2Источники