RU

Ermənistanı BRİCS sammitində Paşinyan təmsil edəcək

Bakı, TurkicWorld

Ermənistanın baş naziri Nikol Paşinyan Kazanda keçiriləcək BRİCS sammitində İrəvanı təmsil edəcək.

TurkicWorld bu barədə erməni KİV-lərinə istinadən xəbər vertir.

Məlumata görə, oktyabrda keçiriləcək sammitdə Yerevanın iştirakını Ermənistanın Xarici İşlər Naziri Mnatsakan Safaryan da təsdiqləmişdi.

Qeyd edilib ki, İrəvan həmçinin, Müstəqil Dövlətlər Birliyi ölkələrinin qeyri-rəsmi sammitində də iştirak edəcək, lakin hansı formatda iştirak edəcəyi barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, sözügedən zirvə toplantısı 22-24 oktyabr tarixlərində Kazanda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
1
turkic.world

2Источники