RU

İqlim Dəyişikliyi Şurasının həmsədri: Paris Sazişinin 6-cı maddəsi COP29-un prioritetlərindən birini təşkil edir

Bakıda keçiriləcək COP29 tədbirində iqlimlə bağlı Paris Sazişinin 6-cı maddəsi əsas müzakirə mövzusu olacaq.


AZƏRTAC xəbər verir ki, bunu İqlim Dəyişikliyi Şurasının həmsədri Anhette Maqnusson Bakıda keçirilən “Hüquq və iqlim” (Law and climate) adlı beynəlxalq konfransda “İqlim dəyişikliyi ilə beynəlxalq hüquqi baza: BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası və Paris Sazişinin əsas tələbləri” adlı sessiyada çıxışı zamanı deyib.

A. Maqnusson qeyd edib ki, 6-cı maddənin tələbinə əsasən iqlim dəyişikliyi ilə mübarizədə dövlətlər bir yerdə əməkdaşlıq etməlidir:

“Bu baxımdan Paris Sazişinin 6-cı maddəsi COP29-un prioritetlərindən birini təşkil edir”,- deyə həmsədr qeyd edib.


Qeyd edək ki, Bakıda Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə “Hüquq və iqlim” (Law and climate) adlı beynəlxalq konfrans keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
2
ekologiya.az

3Источники