RU

Tramp Putinin Harrisi dəstəkləməsinə münasibət bildirib

ABŞ prezidentliyinə namizəd Donald Tramp  Rusiya prezidenti Vladimir Putinin digər namizəd Kamala Harrisi dəstəkləməsi ilə bağlı sözlərinə münasibət bildirib. 
Bu barədə Nyu-Yorkda çıxışı zamanı danışıb. 

"Putin Kamala Harrisi dəstəklədi. Bilmirəm, ona zəng edib səmimi təşəkkürümü bildirməliydimmi? O, Kamalanı dəstəklədi və mən bunu necə şərh edəcəyimi anlamıram, məni təhqir edib, ya yaxşılıq edib, bilmirəm”,- o vurğulayıb.

Rusiya prezidenti bildirib ki, Rusiya Cozef Baydeni ABŞ prezidenti kimi görməyə üstünlük verir, lakin o, yarışdan kənarlaşdığı üçün vitse-prezident Kamala Harrisi dəstəkləyir. 
 
Noyabrın 5-də Amerikada prezident seçkiləri keçiriləcək. Seçkilərdə Kamala Harrisin rəqibi ABŞ keçmiş lideri Donald Tramp olacaq. 
 
ABŞ-da keçirilən hazırkı sorğu nəticələrinə görə Trapm bir neçə faiz səslə Harrisə qalib gəlir. 
 
Bir neçə gün öncə Kamala Harris rəsmi şəkildə prezidentliyə namizəd olacağını təsdiq edib. 
 
Aytac
 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
50
anews.az

10Источники