RU

Ağsu Qoruğunda “ASAN Xidmət” Mərkəzi üçün İnformativ tur təşkil olunub -FOTO

Bu günlərdə “Orta Əsr Ağsu Şəhəri”  Dövlət Tarix-Mədəniyyət Qoruğunda Salyan və Şamaxı “ASAN Xİdmət” mərkəzlərinin əməkdaşları üçün infosessiya və ustad dərsləri təşkil olunub. 

 

Senzor.az-ın məlumatına görə, İnfoturun keçirilməsində məqsəd Ağsu Qoruğunun əsas fəaliyyəti ilə tanışlıq, bərpa, konservasiya və s. ilə bağlı sualların cavablandırılması, gənclərin mədəni irsə olan yaradıcılıq meyillərinin stimullaşdırılması, qarşıya qoyulmuş məqsədlər, əsas inkişaf istiqamətləri ilə bağlı ”ASAN Xİdmət” Mərkəzinin əməkdaşlarını və konüllülərini məlumatlandırmaq olub.  

İnformativ turda Salyan “ASAN Xidmət” Mərkəzinin əməkdaşları, mədəniyyət məsələləri üzrə məsul nümayəndə Elnur Tağıyev və Rüfət Bilalov, Şamaxı “Asan Xidmət” Mərkəzinin direktoru Zəka Muradov, mərkəzlərin əməkdaşları və gənc könüllüləri  iştirak ediblər. 

 

Ağsu Qoruğunun baş fond mühafizi Vüqar Quliyev və ekskursiyaçı Xoşqədəm Əkbərova tur iştirakçılarına Sənətkarlıq Məhəlləsi, Buzxana kompleksi, Cümə məscidi haqqında geniş məlumat verib, onları Ağsu Qoruğunun abidələri ilə tanış ediblər. Vüqar Quliyev həmçinin, “Orta əsr şəhərlərinin baş meydanları sərgisi”nin eksponatlarının əyani şəkildə təqdimatını edib.  

İnfosessiya çərçivəsində Qoruğun baş fond mühafizi, heykəltəraş Vüqar Quliyevin “Tarixi abidələrin heykəlciklərinin hazırlanması” təlimi keçirilib. Təlimdə heykəlciklərin  düzəldilmə mexanizmi təqdim olunub. Yekunda iştirakçılar sertifikatla təltif olunublar.  


Tədbir iştirakçıları ilə həm də innovativ inkişaf, yaradıcı sənayelər sahələrində mövzular üzrə fikir mübadiləsi aparılıb. İştirakçılar Qoruğun abidələrində nümayiş etdirilən tarixi eksponatlarla, Orta Əsr Ağsu Şəhərinin tarixi, mədəniyyəti, etnoqrafiyasına aid kitablar toplusu ilə, şəhərin tarixini əks etdirən qalıqlar və artefaktların toplandığı guşə ilə yaxından tanış olublar.  

Ağsu Qoruğu ilə “ASAN Xidmət” Mərkəzləri arasında qarşılıqlı əməkdaşlıq haqda razılıq əldə olunub.

 

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli  çəkdirilib.  

Qonaqlar Qoruqdan xoş təəssüratlarla ayrılıblar.

 

Senzor.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
1
senzor.az

2Источники