RU

Ərəblərlə müqaviləsini pozdu, 2 ay sonra Azərbaycan klubuna döndü

Transfer çalışmalarını davam etdirən "Kəpəz" ötən mövsüm formasını geyinmiş legionerlərdən birini geri qaytarıb.

Gəncə təmsilçisi Olavale Onanuqa ilə yenidən anlaşıb.

"Sarı-göylər" 26 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalayıb.

Nigeriyalı bu ilin iyulunda "Kəpəz"dən ayrılmışdı. "Al-Nasr"la 1 illik kontrakt bağlayan afrikalının Küveyt klubunda işləri qaydasında getməyib.

Onanuqa ərəblərlə sözləşməsini ikitərəfli qaydada pozaraq, 2 ay sonra, Azərbaycana dönüb.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
109
50
sportinfo.az

10Источники