RU

Sneqoqda terror: 38 il əvvəl "Əl-qaidə" kimin  əmrini yerinə yetirirdi?

6 sentyabr hər zaman İsrail dövlətinin tarixində, yəhudilərin xatirində faciəli terror günü kimi qalıb. “Münhen qətliamı - 1972” ilə bağlı terror hadisəsi yəhudilərin müstəqillik əldə etdilkləri 14 may 1948 –ci ildən sonra ən çox sarsıldığı olaydır. Avropanın göbəyində 11 israilli idmançının qətlə yetirilməsi hələ də yəhudilərin ən kədərli anı olaraq xatırlanır.

Adalet.az xəbər verir ki, növbəti bir 6 sentyabr günahsız yəhudilərin qəsdən öldürülməsi ilə bu xalqı yenidən dərindən kədərləndirib.
Beləki, 1986-cı il 6 sentyabrında Türkiyənin İstanbul şəhərində, Beyoğlu rayonunun Karaköy məhəlləsində yerləşən Neve Şalom sinaqoquna silahlı hücum oldu.

Bir az sonra nə olacağından xəbərsiz yəhudi əsilli Türkiyə vətəndaşları, dinc sakinlər, şənbə namazı qılmaq üçün sneqoqa yığışmışdı. Saat 09:17-də Neve Şalom sinaqoquna avtomat silahlar və bombalarla dəhşətli hücum təşkil edildi. Şənbə namazı üçün sinaqoqda toplaşan 22 insan həyatını itirdi.

Terror qurbanları 10 sentyabrda Neve Şalomda təşkil edilən dəfn mərasimindən sonra Ulus Aşkenazi qəbiristanlığının xüsusi bölməsində dəfn edildi. Sneqoq təmir edildikdən sonra, 20 may 1987-ci ildə yenidən yəhudilərin istifadəsinə verildi.
İstintaq materiallarıdan məlum olur ki, terorru “Əl-Qaidə” həyata keçirib.

 

Bu o “Əl-Qaidə” dir ki, 1980-ci ildə ABŞ-ın dəstəyi ilə Usame Bin Laden tərəfindən yaradılıb “Əl-qaidə”nin törətdiyi terror aktları dünyanın ən qanlı və ən məşhur terror təşkilatlarının başında gəlir. Yüksək səviyyəli intihar hücumları və xüsusilə Dünya Ticarət Mərkəzinə etdikləri hücumla dünyaya adlarını tanıtdılar.

Ekspertlərin fikrincə, ABŞ şərqi nəzarətdə saxlamaq, orada münaqişə və müharibələr törətməklə zəngin neft yataqlarını istismar etmək, etiraz edən müsəlmanları qətlə yetirmək üçün məhz bu təşkilatı yaratdı. Qoşa qüllələrin partladılması əməliyyatından sonra isə bu təşkilatı öz əlləri ilə darmadağın etdi.


P.S. Hələ indiyənə qədər bu terrorda məlum olmayan çox nüansların üstü açılmayıb. Beləki, Avropa ölkələrində, xüsusən Almaniyada, Fransada və İngiltərədə daha çox və daha böyük sneqoqlar ola-ola yəhidilərə qarşı terror törətmək niyə Türkiyədə reallaşdı?

Bir başa ABŞ-dan tapşırıq alan “Əl-qaidə” rəhbərləri bölgədə Türkiyənin nüfuzuna niyə məhz belə xələl gətirməyə çalışırdılar? “Güvənsiz Türkiyə” fikrini dünyaya açılamaq üçün ABŞ-ın fikri nə idi? Bölgədə İsrail və Türkiyə dövlətləri arasında gərginlik yaratmaq? Bu suallar hələ də cavablanmayıb.

 Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
adalet.az

1Источники