RU

"Harris prezident olarsa, İsrail məhv olacaq" - Tramp

Donald Tramp rəqibi, ABŞ-nin vitse-prezidenti Kamala Harrisin seçkilərdə qalib gələcəyi təqdirdə İsrailin məhv olacağını deyib.

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Tramp bunu Yəhudi Koalisiyasının Las-Veqas şəhərində keçirilən illik toplantısında deyib.

Yəhudi seçicilərdən səs istəyənləri və Demokratlara dəstək verənləri anlaya bilmədiyini ifadə edən Tramp \"Demokratlara səs verən yəhudi amerikalıların zehninin yoxlanılması lazımdır”, - deyə tövsiyə verib.

Tramp həmçinin bəyan edib ki, əgər son seçkidə prezident seçilsəydi, HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı həyata keçirdiyi hücumlar baş verməzdi.

Harrisin kampaniya komandasının Trampın açıqlamalarına qarşı verdiyi açıqlamada Trampın yəhudi amerikalıları açıq-aşkar təhqir etdiyi və şəxsi maraqlarına uyğun gələrsə, birdən-birə İsraildən üz döndərə biləcəyi qeyd edilib.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərində demokrat Kamala Harrislə respublikaçı Donald Tramp arasında rəqabət qızışarkən, seçkilərin taleyini Arizona, Nevada, Viskonsin, Miçiqan, Pensilvaniya, Pensilvaniya ştatlarının nəticələri müəyyən edəcək. 
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
86
50
azxeber.com

10Источники