RU

İnternatlarda olan valideynini itirmiş uşaqların SAYI

Azərbaycanda internat müəssisələrində təlim-tərbiyə alan valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı artıb. SİA-nın Dövlət Statistika Komitəsindən əldə etiyi məlumata görə, 2023-cü ildə belə uşaqları sayı 1459 olub.

Onların 933-ü körpələr və uşaq evlərində, 414-ü ümumi təyinatlı və inteqrasiya təlimli internat tipli ümumi təhsil müəssisələrində qeydiyyatda olub.

2015-ci ildə internat müəssisələrində təlim-tərbiyə alan valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 602, 2020-ci ildə 771, 2022-ci ildə 1363 olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
1
sia.az

2Источники