RU

“Neftçi” yeni sponsorluq müqaviləsi imzaladı

“Neftçi” Azərbaycanın daha bir tanınmış şirkəti ilə əməkdaşlığa başlayıb. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, paytaxt təmsilçisi supermarketlər şəbəkəsində lider markalardan biri olan “Rahat” brendi ilə sponsorluq müqaviləsi imzalayıb.

“Neftçi” PFK ilə “Rahat” arasındakı sponsorluq razılaşması 2024-2025-ci illər mövsümünü əhatə edəcək. Razılaşmaya əsasən, Bakı klubunun bütün komandalarının oyun formalarının arxa hissəsində “Rahat” brendinin loqosu əks olunacaq. 

“Rahat” supermarketlər şəbəkəsi 2009-cu ilin may ayından yerli bazarda ticarət və pərakəndə satış fəaliyyətinə başlayıb. Biznes fəaliyyətinə “Rahat” ticarət markası ilə başlayan şəbəkə 2009-cu ilin may ayında özünün ilk layihəsini reallaşdırıb. Uğurlu investisiya siyasəti nəticəsində şirkət qısa bir zamanda Azərbaycanın ən böyük marketlər şəbəkələrindən birini yaratmağa nail olub.Hazırda Bakı şəhəri və regionların müxtəlif nöqtələrində “Market gərək Rahat olsun!” şüarı altında 100-dən çox market fəaliyyət göstərir. Müştərilərinə yüksək səviyyəli xidmət göstərmək və münasib qiymətə keyfiyyətli məhsul təqdim etmək şirkətin əsas məqsədidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
8
fanat.az

10Источники