RU

HürJet piramidaların üzərindən uçdu

 

  Türkiyə Aerokosmik Sənayesinin (TAİ) reaktiv təlim təyyarəsi HürJet Beynəlxalq Misir Aviasiya Sərgisi çərçivəsində ölkənin ən mühüm tarixi simvollarından olan piramidaların üzərindən uçub.

  Misir Müdafiə Nazirliyi və Misir Hərbi Hava Qüvvələrinin ev sahibliyi etdiyi Beynəlxalq Misir Aviasiya Sərgisində dünyanın bir çox ölkəsindən müdafiə sənayesi məhsulları nümayiş etdirilib. Ən çox TAİ-nin hava şousu təyyarələri diqqəti çəkib. HürJet yarmarkanın 3-cü günü piramidalar üzərindən uçub. Təxminən 10 dəqiqə davam edən uçuş piramidaları ziyarət edən turistlər tərəfindən maraqla izlənilib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
84
1
trt.net.tr

2Источники