RU

Cənub Qaz Dəhlizi 10 ölkənin enerji təhlükəsizliyini təmin edir - Prezident

Bu gün 10 ölkənin enerji təhlükəsizliyi Cənub Qaz Dəhlizi ilə sıx bağlıdır. Bu barədə Apa Azərbaycan Prezidenti İlham Əliyevə istnadan yazıb. 
 
"Enerji təchizatı bu gün onu açıq şəkildə nümayiş etdirir ki, ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır. Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir.  Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır”, - Prezident Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı bilirib.
 
Bundan əvvəl Prezident bildirib ki, Azərbaycan qaz ixracı ilə bağlı coğrafiyasını genişləndirməyi planlaşdırır. 
 
Prezident söyləyib ki, cari ildə ölkə qazının ixrac həcmi 24 milyard kubmetri keçəcək. 
 
2020-ci il dekabrın 31-də Azərbaycan Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri ilə Avropaya kommersiya qazının tədarükünə başlayıb.
 
Azərbaycan qazının alıcıları Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, İtaliya, Rumıniya, Serbiya və Türkiyədir.


Gülnar 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
49
anews.az

10Источники