RU

İqlim dəyişiklikləri insanların hüquqlarına, həyat tərzinə və ümumi rifahına böyük təsir edir - Ramiz Rzayev

Bakı. Trend:

İqlim dəyişiklikləri dünyamız üçün ciddi bir sınaqdır. Budəyişikliklər insanların hüquqlarına, həyat tərzinə və ümumirifahına böyük təsir edir.

Trend xəbər verir ki, bunu Azərbaycan Hakimlər İttifaqının sədriRamiz Rzayev Bakıda “Hüquq və iqlim” (Law and climate) mövzusundakeçirilən beynəlxalq konfransda bildirib.

R.Rzayev deyib ki, Azərbaycan da iqlim dəyişikliyinin qarşısınınalınmasında beynəlxalq əməkdaşlıq məsələlərinə ciddi yanaşır.Hakimlər İttifaqının sədri xatırladıb ki, Azərbaycan bu il COP29kimi mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edir və Prezidentİlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda 2024-cü il “Yaşıldünya naminə həmrəylik ili” elan edilib.

“Bir neçə ay sonra digər tərəfdaş dövlətlərlə birlikdə iqlimdəyişiklikləri naminə tarixi əhəmiyyətli addımların məhz Bakıdaatılacağını bilmək hər birimiz üçün fəxredici hadisədir.

Ali Məhkəmə ilə birlikdə təşkil etdiyimiz bugünkü beynəlxalqkonfransın da əsas məqsədi Azərbaycanın və dünya ictimaiyyətinindiqqətini iqlim dəyişikliyi ilə bağlı proseslərə cəlb edilməsi, busahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədəməlumatlılığın artırılmasından ibarətdir. Hüquq və iqlim məsələlərikimi vacib bir mövzu ətrafında toplaşmağımız hər birimiz üçün çoxönəmlidir”, - deyə R.Rzayev qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
4
az.trend.az

8Источники