Telegram messencerindən istifadə edənlərin sayı kəskin artdığından cinayətkarların ondan sui-istifadə etməsi asanlaşıb. Bu səbəbdən Telegram bununla mübarizə aparacaq. Bunu Teleqramın yatadıcısı Pavel Durov deyib.
"Telegram istifadəçilərinin sayının 950 milyona qədər kəskin artması cinayətkarların platformamızdan sui-istifadə etməsini asanlaşdırıb. Buna görə də bu baxımdan vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşdırçağı şəxsən öz qarşıma məqsəd qoymuşam", - Durov cümə axşamı Telegram kanalında yazıb.
"Biz bu prosesə artıq daxildə başlamışıq və mən tezliklə irəliləyişimizlə bağlı daha ətraflı məlumatı sizinlə paylaşacağam", -o, əlavə edib.
Durov həmçinin "bəzi KİV-lərdə Telegram-ın bir növ anarxik cənnət olması ilə bağlı açıqlamaları”nı həqiqətə uyğun olmayan adlandırıb.
Onun sözlərinə görə, messencer administrasiyası hər gün milyonlarla zərərli nəşri və kanalı silir.