RU

Lamiyə Vəliyeva 3-cü paralimpiya qızıl medalı üçün finalda

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13) növbəti sınağına çıxıb.

Prosport.Az xəbər verir ki, idmançımız bu dəfə bacarığını 400 metr məsafədə göstərib.

Ötən Paralimpiya Oyunlarında və bu il bu kateqoriyada dünya çempionatının qızıl medalını qazanmış 22 yaşlı idmançımız 56,51 saniyə nəticə ilə təsnifat mərhələsini 2-ci pillədə başa vurub. Final mərhələsi sentyabrın 7-də baş tutacaq.

Qeyd edək ki, Lamiyə Vəliyeva artıq 100 metr məsafəyə qaçışda paralimpiya çempionu olmağı bacarıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
76
prosport.az

1Источники