RU

Bu ölkə "Taliban"ı qadağan olunmuş təşkilatlar siyahısından çıxartdı

Qırğızıstan Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatını qadağan olunmuş təşkilatlar siyahısından çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində "Taliban" Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qahar Bəlxi məlumat verib.

O, XİN-in Qırğızıstanın qərarını alqışladığını vurğulayıb. Departament nümayəndəsinin sözlərinə görə, Bişkekin bu addımı Əfqanıstan İslam Əmirliyinin regional və beynəlxalq səviyyədə artan siyasi nüfuzundan xəbər verir.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
98
teleqraf.com

1Источники