RU

Növbəti medalımız ondan gəldi - ay Paralimpiya Oyunlarında

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, SB13 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışının final mərhələsində çıxış edib.

O, 1:05:35 nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 3 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
148
43
sportinfo.az

10Источники