RU

Zelenski: "Rusiyasız “sülh sammiti”nin heç bir mənası yoxdur"

Rusiya olmadan münaqişəyə diplomatik yolla son qoymaq çox çətin olacaq.
 

Sfera.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski "NBC" televiziyası ilə söhbətində bəyan edib.
 

Kiyev rejimi liderinin sözlərinə görə, ikinci “sülh sammitində” Rusiya tərəfinin nümayəndələri iştirak etməlidirlər. Zelenski digər ölkələrin də Rusiyanın konfransda iştirakını istəməsinə diqqət çəkib.
 

Zelenski telekanala deyib: “Biz dedik, eybi yoxdur, gəlin plan hazırlayıb onları çağıraq”.
 

İlk sülh sammiti iyunun ortalarında İsveçrədə baş tutub. Burada 91 dövlət iştirak edib. Ümumilikdə 160 ölkə dəvət olunub. Rusiya siyahıda olmayıb.
 

Zelenski ikinci “sülh sammiti”nin Hindistanda keçirilməsini təklif edib.

İnci
Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
sfera.az

1Источники