RU

Fernandu Santuş: “Hücum oyunumuzdan 100 faiz razıyam”

Azərbaycan - İsveç matçından (1:3) sonra millimizin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

Apasport.az mütəxəssisin fikirlərinizi diqqətinizə çatdırır: 

"Oyuna yaxşı başladıq. Görüşə hücumlarla start verdik. Şanslarımız oldu. Təəssüf ki, həmin epizod qolla nəticələnmədi. Sonradan isə müdafiədən oynadıq. İsveç kifayət qədər güclü komandadır. Müdafiədə uşaqlar yaxşı oynamağa çalışdılar. Ancaq İsveç bizi sığırdı. Müdafiədə oynamağımıza baxmayaraq, hücumlar etmək üçün şans axtarırdıq. Birinci hissənin sonunda bir neçə şansımız oldu ki, qol vuraq. Təəssüf ki, hücumumuz qolla nəticələnmədi. Eyni zamanda penaltini də əldən verdik. İkinci hissəyə yaxşı oynadıq. Qol şanslarımız var idi. Hücumları uğurlu sonlandıra bilmədik. Uşaqlar verdiyim tapşırıqları maksimum düzgün yerinə yetirməyə çalışdılar. Səhvlər oldu. Bəzi səhvlərimiz oldu, rəqib də yararlanaraq qollar vurdular. Futbolçular həvəsdən düşmədilər. Yenə də həvəsdən düşməmişik, görəcəyimiz işlər qarşıdadır. Kifayət qədər yaxşı nəticələ verə bilərik".

- Penalti zərbəsini vurmaq Ramil Şeydayevin qərarı idi?

- Mən oyundan qabaq və penalti gələndə də, Emin Mahmudov deyirdim.

- Görmək istədiyinizin neçə faizini gördünüz?

- Hücum oyunumuzdan 100 faiz razıyam. Tapşırıqlarımı yerinə yetirdilər. Daim qol vurmağa cəhd edirdilər. Müdafiə planında isə 50 faiz razıyam. Əslində, pis deyildik. Sadəcə təşkilində problem var idi və tez-tez top itirirdik. Eyni zamanda hücum və müdafiə qurmalı bacarmalıyıq. Azərbaycan millisi 4 səhvə yol verdi, İsveç isə 20 səhvə. 

- Heyəti açıqlayanda demişdiz ki, Azərbaycan millisi ölkənin bayrağı, himni üçün mübarizə aparmalıdır. Amma bir komanda ki, himni oxumursa, o komanda necə Azərbaycan üçün mübarizə apara bilər?

- Mən sizinlə müəyyən mənada razılaşmıram. Hamı qələbə qaznamaq istəyirdi. Əllərindən gələni etdilər.

Fernandu Santuş: “İsveçin mənfi nöqtələrinə fokuslanmışıq”

Emin Mahmudov: “Yaxşı oyun göstərməyə çalışacağıq”

İsveç millisinin kapitanı: “Qalib gələcəyimizi düşünürük”

İsveç millisinin baş məşqçisi: “Sabah mütləq qalib gəlməliyik”

“Dinamo”nun Sumqayıtdakı matçları yerli jurnalistlərə və azarkeşlərə açıq olacaqmı?

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
71
25
apasport.az

10Источники