RU

Almaniyada koalisiyanın reytinqləri rekord səviyyəyə enib

…Almaniyada növbəti parlament seçkilərinə bir il qalmış, ölkənin hakim koalisiyasının populyarlığı 2021-ci ildə hakimiyyətə gəldikdən bəri ən aşağı səviyyəyə düşüb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Deutschlandtrend-in cümə axşamı, sentyabrın 5-də dərc etdiyi nümayəndəli sorğunun nəticələri sübut edir.

Respondentlərin cəmi 16 faizi Almaniya Sosial Demokrat Partiyası (SPD), Azad Demokrat Partiyası (FDP) və Birlik 90/Yaşılların daxil olduğu "svetofor koalisiyasının" işini müsbət, 84 faizi mənfi qiymətləndirib.

Sosial Demokrat Partiyasından Almaniya hökumətinin başçısı Olaf Şolz, FDP-dən Almaniya Federativ Respublikasının maliyyə naziri Kristian Lindner və Birlik 90/Yaşıllar partiyasını təmsil edən Almaniya Federativ Respublikasının iqtisadiyyat naziri Robert Habek, həm də son dərəcə aşağı reytinqlərə malikdir.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
1
sesqazeti.az

2Источники