RU

Harrisə böyük zərbə - komandasından Trampı dəstəkləyənlər var

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin tərəfdaşı, vitse-prezidentliyə namizəd Tim Valzın qohumları Donald Trampı dəstəkləyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bild" nəşri yazır.

Belə ki, Nebraska ştatında Respublikaçıların keçmiş qubernatorluğa namizədi Çarlz Herbster sosial şəbəkələrdə səkkiz nəfərin “Valzlar Trumpı dəstəkləyir” köynəkləri geyindiyi bir şəkil yerləşdirib. İddia edirlir ki, fotodakı şəxslər Demokratlar Partiyasından ABŞ-ın vitse-prezidentliyinə namizəd Tim Valzın qohumlarıdır.

Donald Tramp öz sosial şəbəkəsi "Truth Social"da dəstəyə görə Valzlara təşəkkür edib.

ABŞ Demokratik Partiyası isə şəkildəki şəxslərin Tim Valzın uzaq qohumları olduğunu açıqlayıb. .


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
teleqraf.com

1Источники