RU

Sosial şəbəkələrdə “Azərpoçt” MMC-nin adından saxta səhifələr yaradılıb - DİQQƏTLİ OLUN!

Bakı. Trend:

“Azərpoçt” MMC-nin adından dələduzluq halları davametməkdədir.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətiməlumat yayıb.

Belə ki, müxtəlif sosial şəbəkələrdə saxta “Azərpoçt” səhifələriyaradılaraq itirilən, eləcə də, 6 aydan çox poçt şöbəsində qalanbağlamaların 2,28 AZN-ə satıldığı barədə məlumatlar paylaşılır.Paylaşımlarda bir sıra hədiyyələr təklif olunaraq vətəndaşlardansaxta keçidə daxil olmaq xahiş olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu kimi hallaraqarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı vədigər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, həmçinin hərhansı bir qurumun adından kampaniya tipli məlumatlarlaqarşılaşdıqda, məlumatın doğruluğunu birbaşa həmin qurumun özündəndəqiqləşdirməyi tövsiyə edir.

Məlumat üçün bildiririk ki, “Azərpoçt” tərəfindən heç bir zamansahibsiz bağlamalar satışa çıxarılmır!

Bununla yanaşı vətəndaşlara “Azərpoçt”la bağlı şübhəli mesaj vəbildirişlər aldıqda, dərhal “Azərpoçt”un 169 Çağı mərkəzi, eləcə dəsosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmaq tövsiyəolunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
67
az.trend.az

1Источники