RU

“Real”la razılığa gəlsək, məmnuniyyətlə qalacam” – Karvahal

İspaniya millisinin və “Real”ın müdafiəçisi Dani Karvahal futbolçu karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb.Komanda.az “The Atletic”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu barədə düşünmədiyini bildirib:“Mən indi bu barədə düşünmürəm. “Real”la müqaviləm var. Futboldan, hər məşqdən həzz almaq istəyirəm. İllər keçdikcə hər anın qədrini bilməli olduğunuz anlayışı yaranır. Klubla yaxşı münasibətim var. Gələcək əməkdaşlıq haqqında razılığa gəlsək, mən məmnuniyyətlə qalacam”.Karvahal “Real”ın yetirməsidir. O, ötən mövsüm komandası ilə İspaniya çempionu və Çempionlar Liqasının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
komanda.az

1Источники