“Quska” kimi tanınan keçmiş deputat Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb.
News365.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan bugünkü iclas hakim Elnur Nuriyevin iştirak etməməsi səbəbindən keçirilməyib.
İclasın vaxtı sentyabrın 19-na salınıb.
Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.