RU

“Həyatı olduğu kimi yaşamağı sevirəm”

Rodri sosial şəbəkələrdən stifadə etmir. İspaniya millisinin üzvü buna gərək duymur.

Futbolinfo.az xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi bunu belə izah edib: “Sosial mediada olmamaq çox erkən yaşda verdyim qərardır. Mənm yaşımdakı uşağın o zaman bunu etməsi normal deyildi. Çünki normalda uşaqlar digərlərinin etdiyini təkrarlamağı xoşlayır. Ağıllı telefonların önəmli olmağa başladığı dövrləri xatırlayıram. Amma mən buna ehtiyac duymadım. Dostlarım var idi, onlarla parka gedə bilirdim, internetdən yeni tanışlıqlar axtarmağa ehtiyacım yox idi”.

Rodri davam edir: “Bu gün insanlardan soruşun, görün bu qədər əlavə dosta gərək varmı? Həyatı olduğu kimi yaşamağı sevirəm. Kiməsə mesaj göndərməkdənsə, onunla üz-üzə ünsiyyəti üstün tuturam”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
101
futbolinfo.az

1Источники