RU

Makron “ermənidən artıq erməni”ni baş nazir təyin etdi

Fransanın Baş naziri postuna təyin edilən Mişel Barniye - erməni separatizminin daha bir böyük dostu.

2021-ci ilin dekabrında Barniye o vaxt hələ də sülhməramlılar və separatçıların nəzarətində olan Xankəndi şəhərini ziyarət etmişdi. Əlbəttə ki, bu, Azərbaycan hakimiyyətinin icazəsi olmadan və sülhməramlıların rəhbərliyinin icazəsi ilə baş tutmuşdu. Bu da bir daha ərazi bütövlüyünə hörmət məsələsinə dair suallar doğurur.

Siz Böyük Britaniyanın Avropa İttifaqından çıxması üçün ödədiyi çoxmilyardlıq kompensasiyalardan eşitmisiniz? Mən də eşitməmişəm. Çünki belə kompensasiyalar olmayıb. Belə söhbətlər vardı, ancaq faktiki olaraq ödənişlər edilmədi.

Nəhayət, mükafat qəhrəmanına çatdı. Keçmiş Avropa komissarı və Fransanın sabiq xarici işlər naziri Mişel Barniye Fransanın yeni baş naziri təyin edildi! O, məhz Brexit üzrə Aİ-nin danışıqlar qrupuna rəhbərlik edirdi və... Böyük Britaniyanı çoxmilyardlıq ödənişlər etməyə inandıra bilmədi. Mişel Barniyenin bu işi alınmadı. Buna görə də o, indi Fransanın baş naziridir.

Makrona böyük alqış! Ona bu ilin yayının əvvəlində siyasi "dəfn" təşkil etmək istəyirdilər, lakin o, vəziyyəti öz xeyrinə dəyişdi, hər kəsi çaşdırdı, iki aydan çox vaxt uddu və hər kəsin sinirlərini gərgin saxladı, nəhayət, öz baş nazirini - siyasət aristokratiyasının bir nümayəndəsini, keçmiş xarici işlər naziri, keçmiş Avropa komissarı və keçmiş Brexit danışıqlar aparıcısı, "Respublikaçılar" partiyasından (əvvəllər qallistlərdən) olan ağırçəkili Mişel Barniyeni gətirə bildi. Seçkilərdə qalib gələn sol radikallar və hamını qorxudan sağ radikallar öz siyasi "mağaralarında" dişlərini qıcayıb qalır, çünki hiyləgər "quş" onları bir daha oyuna saldı. Aferin, ustalıq hələ də itirilməyib. Alternativlər isə hələ də öz "xəyallarında" qalıb.

Bu, ölkənin və cəmiyyətin real problemlərinin həlli ilə bağlı deyil, lakin, mon Dieu, məgər məsələ bunda idi?

O, 35 yaşlı Qabriel Attalı əvəzləyəcək, Fransa prezidenti onun istefasını iyulda qəbul etmişdi.

Mişel Barniye kimdir:

  • Keçmiş Avropa Komissarı və Brexit üzrə Aİ danışıqları aparıcısı.
  • Sağ mərkəzçi "Respublikaçılar" partiyasının üzvüdür.
  • 2014-cü ildə Avropa Komissiyasının sədri postuna namizəd olub, lakin Jan-Klod Yunkerdən geri qalıb.
  • Evli, üç uşağı var (onun sələfi açıq homoseksual idi).

Barniye, 2004-2005-ci illərdə Fransa xarici işlər naziri vəzifəsində çalışıb, daha sonra bir neçə il Fransa Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik edib. Daha sonra Avropa Parlamentinə seçilərək 2010-cu ildə Avropa İttifaqının daxili bazarı üzrə komissarı təyin edilib. Qeyd edək ki, Barniye, Fransa keçmiş prezidenti Nikola Sarkozi tərəfindən təsis edilmiş "Respublikaçılar" partiyasının üzvüdür.

Brexit üzrə keçmiş baş danışıqlar aparıcısı kimi tanınan Barniyeyə erkən seçkilərdən sonra yaranmış siyasi böhranın öhdəsindən gəlmək üçün "birləşdirici hökumət" formalaşdırmaq tapşırığı verilib.

Hazırda Barniyenin hökumətinin parlamentin etimadını qazanıb-qazanmayacağı məlum deyil, çünki iyunun 30-u və iyulun 7-də keçirilən seçkilərin nəticələrinə əsasən heç bir partiya parlamentdə mütləq əksəriyyətə malik deyil.

Orxan Hun
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
50
milli.az

10Источники