RU

Səfir: Rusiya Bakı ilə İrəvan arasında danışıqlarda öz rolundan əl çəkməyib

“Rusiya Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində “vicdanlı broker” rolundan heç vaxt imtina etməyib”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,  bu barədə Rusiyanın Ermənistandakı səfiri Kopırkin danışıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin tərəfdaşları ilə son təmasları, xüsusən avqustun 18-19-da Azərbaycana dövlət səfəri, bundan sonra apardığı telefon danışıqları zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələlərinin müzakirəsi bunun əyani təsdiqidir.

O həmçinin qeyd edib ki, “Rusiya tərəfi və şəxsən Putin sayəsində” 2020-ci il müharibəsini dayandırmaq, iqtisadi və nəqliyyat kommunikasiyalarının qarşısını almaq üçün üçtərəfli işçi qrupunun mexanizmini işləyib hazırlamaq və həyata keçirmək mümkün olub.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
musavat.com

1Источники