RU

Kreml Harrisi “dəstəkləyir”

Rusiya ABŞ-ın hazırkı prezidenti Co Baydenin prezidentlik yarışından “çıxarılmasından” sonra onun varisi Kamala Harrisi “dəstəkləyir”.

 

Oxu24.com xəbər verir  ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.


“Mən sizə dedim ki, bizim sevimli, belə demək mümkünsə, indiki prezident cənab Bayden idi. O, yarışdan kənarlaşdırıldı, lakin bütün tərəfdarlarını xanım Harrisi dəstəkləməyə təşviq etdi. Beləliklə, biz də eyni şeyi edəcəyik. Biz ona dəstək olacağıq.

Nəhayət, seçim Amerika xalqının ixtiyarındadır və biz bu seçimə hörmətlə yanaşacağıq. Favoritlərə gəlincə, bunu müəyyən etmək bizim işimiz deyil. Bu, hələ də Amerika xalqının seçimidir”, - dövlət başçısı bildirib.

"ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiyaya qarşı indiyədək heç bir prezidentin tətbiq etmədiyi qədər hər cür məhdudiyyət və sanksiyalar tətbiq edib. Xanım Harris prezident seçilsə, o zaman bəlkə də bu cür hərəkətlərdən çəkinər”, - Rusiya lideri qeyd edib.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
oxu24.com

1Источники