RU

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı (FOTO)

Bakı. Trend:

Ən sərfəli mobil operator mövqeyini qoruyan “Nar” sosiallayihələrə də dəstəyini davam etdirir. Belə ki, “Nar” 2023-2024-cütədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticəgöstərən ilk on abituriyenti xüsusi hədiyyələrlə təltif edib.Modern.az İnformasiya Agentliyinin dəstəyi ilə keçirilən bu layihəçərçivəsində tələbə adını qazananlara operatordan qızıl nömrə, 700AZN balans və müasir smartfonlar hədiyyə edilib.

Mükafatlandırma mərasimində tanınmış dövlət, ictimai-siyasixadimlər və media nümayəndələri iştirak edərək, ilin ən uğurluabituriyentlərini təbrik ediblər. “Nar”ın İctimaiyyətlə Əlaqələr vəKorporativ Ünsiyyət Departamentinin direktoru Hökümə Kərimova daçıxış edərək gəncləri təbrik edib, onlara gələcəkdə uğurlararzulayıb və qeyd edib: “Təhsilə yönəlik layihələrə dəstək olmaq,“Nar” üçün yalnız bir sosial məsuliyyət deyil, eyni zamandaölkəmizin uğurlu gələcəyinin qurulmasına töhfə vermək deməkdir.Sizin inkişafınız ölkəmizin gələcək uğurlarının təməlini təşkiledir və biz bu yolda sizə dəstək olmağa davam edəcəyik”.

“Nar”ın artıq səkkiz ildir ki, ənənəvi olaraq, davam etdirdiyibu təşəbbüs mobil operatorun təhsilə verdiyi önəmini bir daha sübutedir. Operatorun həyata keçirdiyi digər layihələr haqqında ətraflıməlumatı nar.az/layihələr səhifəsindən əldə etmək olar.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildəMüştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraqsərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
42
az.trend.az

10Источники