RU

Əli Kərimlinin köhnə adəti: Siyasətə mövsümi baxış

Sentyabrın 1-ə təyin olunmuş növbədənkənar parlament seçkiləri baş tutdu. 

Beynəlxalq və yerli müşahidəşilərin sayı, siyasi partiyaların iştirak göstəricisinə görə xüsusilə fərqlənən budəfəki seçkilərdə qalib namizədlərin adları artıq elan olunub, Mərkəzi Seçki Komissiya bəzi dairələrdə pozuntuların olması barədə daxil olan şikayətləri və sosial şəbəkələrdə yayılan görüntüləri araşdırır. Yəni bütün proses seçki qanunvericiliyinə uyğun olaraq davam edir. Belə bir zamanda, yəni seçkinin nəticəsinə təsir edəcək hansısa ciddi vəziyyətin olmadığı mərhələdə hələ əvvəldən boykot tərəfdarı olduğunu deyən Əli Kərimli təkcə öz partiyası yox, həm də adı olub, özü olmayan, adı da ancaq ona lazım olandan-olana hallanan Milli Şura adından bəyanat verib. 

Bəyanatda bildirilir ki, sentyabr ayının 1-nə növbədənkəanar parlament seçkisi təyin edilməsi konstitusiyaya zidd addım olub, AXCP və Milli Şura seçki kampaniyasının əvvəlində seçkidə iştirak üçün seçki mühitinin demokratikləşdirilməsini və rəqabət imkanları yaradılmasını tələb edib. 

Rəqabət imkanı yaradılması deyəndə AXCP sədrinin nəyi nəzərdə tutduğunu təxmin etmək olmur. Əgər Əli Kərimlinin öz təbirincə desək, ölkədə hamı narazı idisə və dəyişiklik istəyirsə, o zaman bunun ən yaxşı və sivil yolu seçkidən keçmirmi? Bir halda ki, Əli Kərimli narazı kütlənin çoxluğuna və onu dəstəklədiyinə hər çıxışında xüsusi vurğu edirsə, o zaman seçkidə qalib gəlmək imkanı da məntiqlə çox olmalı idi. Yəni əgər rəqabətə girsəydilər, asanlıqla rəqiblərini böyük səs üstünlüyü ilə geri qoyub parlamentdə təmsil olunmaq imkanları yaranardı. Rəqabət mühiti elə budur, narazı kütlə üçün kimlərinsə keçiridiyi hansısa görüş yox, verəcəyki səs maraqlı olmalıydı, amma indiki durumda Əli Kərimli rəqabət mühiti olmadığını bəhanə edərək seçkidə boykot taktikasına yalançı əsas tapıb. 

Bunun adı əslində “ rəqabət aparacaq gücümüz yoxdur” olmalıydı, amma Əli Kərimli azı 5 min üzvü olan partiyasında, adı olub özü olmayan Milli Şurada özünün də iddia etdiyi narazı kəsimin səsini ala biləcək gücdə olmadı. Əgər gücü olsaydı, tərəddüdsüz seçkiyə qatılacaqdı. Bu aksiomdur.

Gücü olsaydı, sözsüz ki, seçkiyə qatılıb, qələbə üçün çalışacaq və sonda əgər qələbə qazana bilsəydi, mübarizəsini hüquqi müstəvidə davam edirib həmin dairədə nəticələrin ləğvinə nail olardı. Bu da mübarizənin bir yoludur. Amma bu, çətin yoldur, əmək istəyir, əziyyəti var, deyilən sözlərin, verilən vədlərin icrası lazımdır, amma bütün bunlardan əvvəl xalqın qarşısında söz deyəcək haqq olmalıdır. 

Bunlar olmayanda, ən asanı boykot elan edib iştirak etmədiyin seçkidə pozuntularla bağlı bəyanat verməkdir. Əli Kərimli də məhz bunu edir, bir namizədlə, bir müşahidəçi ilə, hətta seçici kimi qatılmadığı seçkini qeyri-demokratik elan edib, öz boykot qərarını əsaslandırmağa çalışır. 

Seçkidə iştirak edən 900 nəfərdən artıq namizəddən bircə nəfəri belə Əli Kərimlinin təşkilatlarının bu bəyanatının altına imza atmır, hətta seçkidə qanun pozuntuları olduğunu iddia edib MSK-ya şikayət edənlər belə Milli Şuranın bəyanatına qatılmır. Elə bu özü Əli Kərimlinin özünü faktiki rəhbər elan etdiyi bu iki quruma dəstək səviyyəsini müəyyən etmək üçün kifayətdir. 

Milli Şuranın bəyanatında xüsusi vurğulardan biri də “seçki prosesinin siyasi aktivliyin aşağı olduğu iyul-avqust aylarına təyin edilməsi seçici fəallığının kəskin şəkildə aşağı düşməsinə xidmət etməsi”dir. 

Başqa ölkələrdə seçki günü məhz səs vermək üçün bir şəhərdən başqa şəhərə gedən seçicilər görmüşük, istədikləri, dəstək verdikləri namizədin qazanması üşün istirahətini yarımçıq kəsənlər olub. Siyasətin, siyasi aktivliyin mövsümü olmur, mövsümi olan Milli Şura kimi seçkidən-seçkiyə, boykotdan-boykota ortaya atılan qüvvələrdir ki, elə bir mövsümlük “barıtları” olur. Boykot qərarını ortaya atarkən təkcə AXCP-ni yox, həm də adı olub özü olmayan Milli Şuranı da proseslərdən kənarda saxlayan Əli Kərimli bununla həm də üzvlərinin öz konstitutsion hüquqlarından istifadə imkanlarını onların əlindən almış olub. 

Partiya daxilində hansı idarəçilik formasının tətbiq edildiyi gizli deyil, üzvlük vəsiqəsi daşıyan cəbhəçilərin Əli Kərimlinin hər qərarını sözsüz dəstəkləmək kimi bir “öhdəliyi” var və buna qarşı çıxanlar elə partiyadan da çıxarılmış olurlar. Buna görə də insan hüquq və azadlıqlarından danışan bir partiya sədrinin ilk növbədə öz partiyadaşlarına öz hüquq və azadlıqlarından istifadə imkanı tanıması təməl şərtdir. 

AXCP ilə kifayətlənməyib yedəkdə bir Milli Şura daşımaq da Əli Kərimliyə heç nə qazandırmır. Azı 5 min üzvlə qeydiyyatdan keçən bir partiyanı bütün siyasi proseslərdən sırf öz maraqları xatirinə kənarda saxlayan Əli Kərimli ancaq bəyanat verəndə adına ehtiyac duyğudu, üzv sayı belə məlum olmayan, siyasi təsiri və nüfuzu 0-a bərabər olan Milli Şuraya ehtiyac duyubsa, deməli, boykot qərarının işləmədiyinin, ancaq ikihecalı söz kimi işləndiyinin fərqindədir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
cebheinfo.az

1Источники