RU

Azərbaycan Müəllim İnkişafı Mərkəzi 1500 nəfəri əhatə edən ixtisasartırma təlimlərinə başlayıb

Azərbaycan Müəllim İnkişafı Mərkəzi Azərbaycan Təhsil İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində yerli müəllimlər üçün ixtisasartırma təlimlərinə başlamılıb.

Avropa Azərbaycan Məktəbindən APA-ya verilən xəbərə görə, bu ilki təlimlər iki mövzunu əhatə edəcəkdir: “ İngilis dili üzrə Təhsilverənlərin tədris prosesində rəqəmsal texnologiyalardan səmərəli istifadəsi” və “Dərsin Planlaşdırılması”. Hər bir təlimin ayrılıqda ümumi müddəti 24 akademik saat təşkil edir.

Təlimlərə Bakı şəhəri , Abşeron-Xızı, Mil-Muğan, Dağlıq Şirvan, Mərkəzi-Aran və Lənkəran-Astara regionları ümumilikdə 1500 yerli müəllim cəlb olunacaqdır.

Təlimçi qismində təlimlərə Avropa Azərbaycan Məktəbinin 30-a yaxın yüksək ixtisaslı müəllimi cəlb olunub.

Təlimlər cari ilin sentyabr ayının sonunadək davam edəcəkdir. Təlimlərin sonunda təlimdə iştirak edən müəllimlər qiymətləndirməyə cəlb olunacaq və təlimi uğurla başa vuran müəllimlərə müvafiq qaydada ikili rəsmi Sertifikatlar təqdim olunacaq.

Azərbaycan Azərbaycan Azərbaycan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
79
apa.az

1Источники