RU

“Separatçıların işi məhkəməyə göndərilir” - Kamran Əliyev

Bakıda Qarabağ separatçılarının işi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev News.ru-ya açıqlamasında məlumat verib. 

O, istintaqın yekunlaşdığını və yaxın vaxtlarda materialların məhkəməyə təqdim olunacağını bildirib:

“Hazırda cinayət işinin materialları ilə həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər tanış olurlar. Bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinə uyğun olaraq mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək ”.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda separatçı rejiminə rəhbərlik etmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
5
qafqazinfo.az

6Источники