RU

Tramp Harrisin ABŞ sərhədini ən pis vəziyyətə gətirdiyini bildirib

Dövlət başçısı postuna namizədliyini irəli sürən ABŞ-ın vitse-prezidenti Kamala Harris ölkənin cənub sərhədində qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyəti ən pis həddə çatdırıb. Vətəninfo.az xəbər verir ki,  bu barədə çərşənbə günü ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib.

“O, ABŞ prezidenti Co Bayden administrasiyasında sərhədə cavabdeh idi. İndi isə təkcə ABŞ tarixində deyil, bütün dünyada ən pis sərhədimiz var. Üç il ərzində heç bir ölkə 21 milyon insanın sərhədi keçməsinə icazə verməyib”, o, Harrisburqda Pensilvaniya seçicilərlə görüşü zamanı bildirib. Tədbirin təşkilatçısı Fox News telekanalı olub. Rəqibi Kəmalə Harrisin iştirakdan imtina etdiyi debatlar əvəzinə keçirilib.

Respublikaçı əlavə edib ki, qanunsuz şəxslərin çoxu əvvəllər həbsxanalarda və psixiatriya xəstəxanalarında olub, onların arasında qatillər, narkotik alverçiləri və terrorçular var. “Mən tarixdə qeyri-qanuni mühacirlərin ən böyük deportasiyasını təşkil edəcəyəm”, – Tramp söz verib.

Bundan əvvəl Harris CNN kanalına verdiyi müsahibədə qələbə qazanacağı təqdirdə Amerika sərhədində tədbirlərin sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin ABŞ Konqresində qəbul edilməsinə çalışacağını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
50
veteninfo.az

10Источники