RU

Minifutbol: Azərbaycan təmsilçiləri ÇL-də mübarizəyə başlayır

Bu gün Polşanın paytaxtı Varşavada minifutbol üzrə Çempionlar Liqası start götürəcək. 

Fanat.Az xəbər verir ki, Azərbaycanın komandaları da bu gün mübarizəyə başlayacaqlar.

C qrupunda yer alan "AzNur" ilk oyunda Fransa təmsilçisi "Les Piopio" ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

E qrupunda qərarlaşan "Birbaşa Bakı" isə İspaniyanın "Malaqa" kollektivini sınağa çəkəcək. Bu görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, qrup mərhələsinin digər oyunları sentyabrın 6-da gerçəkləşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
42
fanat.az

10Источники