RU

Qarabağ separatçılarının cinayət işi məhkəməyə göndərilir

Bakıda həbsdə olan Qarabağ separatçılarının rəhbərlərinin istintaqı yekunlaşıb. 

Azpost.info bildirir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev News.ru-ya müsahibəsində bildirib.

Baş prokuror deyib ki, yaxın vaxtlarda materiallar məhkəməyə təqdim olunacaq.

Azərbaycanın Baş Prokurorluğu tərəfindən 15 separatçıya qarşı cinayət işi başlanıb və onlar beynəlxalq axtarışa verilib. 2023-cü ilin sentyabrında keçirilən əməliyyatdan sonra onlar saxlanılaraq Bakıya aparılaraq istintaqa təhvil verilib. Onlara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terrorizm məqsədi ilə təlimlər keçirmək ittihamları irəli sürülüb.

Bu ilin iyununda Bakı onların işi üzrə istintaqın başa çatdığını elan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
azpost.info

1Источники