RU

Rusiyada həbsxanada gizli kazino aşkarlanıb

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Saratov vilayətində məhbusun təşkil etdiyi qumarxananın üstü açılıb.

Hafta.az-ın yazdığına görə, Rusiya İstintaq Komitəsinin bəyanatında deyilir ki, məhbus oyun kartları və poker fişlərindən istifadə edərək digər məhbuslar arasında qumar məclisləri təşkil edib.

Məhkumun barəsində “qanunsuz qumar oyunlarının təşkili və keçirilməsi” maddəsi ilə cinayət işi açılıb.

Bu cinayət Rusiya Cinayət Məcəlləsinin 171.2-ci maddəsi- iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkumun hazırda neçə il müddətinə azadlıqdan məhrum edildiyi və hansı cinayətə görə cəza çəkdiyi açıqlanmayıb.

Hadisə bölgənin ən qədim cəzaçəkmə müəssisələrindən biri olan Saratov vilayətinin Balaşov şəhərində yerləşən həbsxanada baş verib. Həbsxanada ayaqqabı istehsalı, tikiş və çörəkbişirmə kimi müxtəlif istehsal sahələri var və məhbuslar bu sahələrdə çalışırlar.

Bu hadisə son bir həftə ərzində Rusiyada cəzaçəkmə müəssisələrində baş verən ikinci analoji cinayətdir. Avqustun 26-da Rostov vilayətindəki digər həbsxanada məhbusun qumar oyunları təşkil etdiyi aşkarlanıb və bu hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
hafta.az

1Источники