RU

Kobaxidzedən sensasion açıqlama: Saakaşvili, Hitler və Avropa...

Almaniyanın Adolf Hitlerin partiyasının tərəfdarlarından azad edildiyi kimi, Gürcüstan da ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin yaratdığı keçmiş Milli Vahid Hərəkat partiyası ilə əlaqəli müxalifətdən qurtulmalıdır.

Publika.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” teleşirkətinə müsahibəsi zamanı deyib.

“Əgər Hitlerin partiyası 1945-ci ildən sonra Almaniyanın siyasi meydanında qalsaydı, nə az, nə çox, 15-20 faiz səs toplayardı. Bunun təhlükələrini və nəticələrini dərk edən almanlar bir vaxtlar onlardan çox asanlıqla və qəfil xilas oldular, necə ki, indi biz ölkəmizi "AMS"in nümayəndələrindən təmizləmək məcburiyyətindəyik", - Gürcüstanın baş naziri deyib.

Kobaxidze onu da əlavə edib ki, Saakaşvilinin partiyası hakimiyyətə qayıdarsa, Gürcüstanın Avropa perspektivi sona çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
51
publika.az

1Источники