RU

Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ

Ötən gün İsmayıllı rayonunda keçirilən əməliyyat zamanı saxlanılan şəxsin polkovnik olduğu məlum olub.Modern.az-ın məlumatına görə, Əlişir Süleymanov 1992-2016-cı illərdə Azərbaycan Ordusunda müxtəlif hərbi vəzifələrdə, o cümlədən ön cəbhədə xidmət edib. Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb.22 iyun 2006-cı il tarixində "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, 26 iyun 2008-ci il tarixində "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, 5 iyul 2019-cu il tarixində isə "FƏDAİ" medallarına layiq görülüb. O, II qrup Qarabağ Müharibəsi əlilidir. 2021-ci ildə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə icra hakimiyyəti başçısının nümayəndəsi vəzifəsinə təyin edilib. Ailəlidir, 3 övladı var.***Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İsmayıllı rayonunda əməliyyat keçirir.Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Bələdiyyə və İcra hakimiyyətinin vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.Yaxın vaxtlarda əməliyyatla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
16
patriot.az

10Источники