RU

REAL Erkin Qədirlinin dairəsindəki nəticələrdən də narazıdır - "Seçicilərin sayı olduğundan artıq göstərilib"

REAL Erkin Qədirlinin dairəsindəki nəticələrdən də narazıdır - "Seçicilərin sayı olduğundan artıq göstərilib"




ReAl partiyası növbədənkənar parlament seçkilərində qalib olmuş namizədi Erkin Qədirlinin dairəsindəki nəticələrdən narazıdır.Bu barədə partiyanın sosial şəbəkə hesabından paylaşım edilib.Sözügedən paylaşımda 6 məntəqənin nəticələrinin ləğvi tələb olunub."1 sentyabr 2024-cü il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərinin ilkin protokollarına əsasən 16 Saylı Yasamal İkinci Seçki Dairəsində lider namizəd olan Qədirli Erkin Toğrul oğlu qalib elan olunduğu 6 məntəqənin nəticələrinin ləğvi üçün Dairə Seçki Komissiyasına bugün şikayət ərizəsi ilə müraciət etdi. Şikayət olunan məntəqələrədə seçici aktivliyini süni formada artırmaq məqsədilə səs vermiş seçicilərin sayı olduğundan artıq göstərilib",- deyə paylaşımda bildirilir.Qeyd edək ki, 16 saylı Yasamal ikinci seçki dairəsində mübarizə aparan E. Qədirli 6 min 498 səs (49,4 faiz) toplayıb.




Xəbərin oxunma sayı :
43

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
75
9
azfakt.com

10Источники