RU

"Futbolçularda qələbə üçün istək görürəm" - Fernandu Santuş

style='margin-bottom:10px;'>

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçlə qarşılaşacaq. 

QOL.az xəbər verir ki, milli komandamızın baş məşqçisi Fernandu Santuş oyundan əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Artıq komandanı məşqə çıxarmısınız. Millimizdən nələri gözləmək olar?

- Bu gün 2-ci məşqimiz olacaq. İclaslarda komandanın zəif nöqtələrini müzakirə eləmişik. Oyunçular da başa düşür ki, çətinliyimiz olacaq. Mən futbolçularda qələbə üçün istək görürəm. Oyunçular normal vəziyyətdədirlər. Amma bu, milli komanda olduğu üçün bir-birinə uyğunlaşmalıdırlar.

- Kənardan qayğılı görünürsünüz. Sizi nə düşündürür?

- Kefim normaldır. Qayğılı deyiləm. Sadəcə sabahkı oyuna konsentrasiya olunmuşam. Qarşımızdakı rəqib ciddidir. Yeni baş məşqçiləri var. Son 4 oyunlarını kifayət qədər izləmişik. Rəqibin zəif nöqtələri var. Buraxdıqları boşluqları, səhvləri futbolçulara izah etmişik.

- Əvvəlki mətbuat konfransında qeyd etmişdiniz ki, futbolçular klubdan hansı fiziki hazırlıqla gəliblərsə, onunla da oynayacaqlar. Bununla bir növ özünüzü sığortaladınız...

- Futbolçuların fiziki durumunda hər hansı problem görmürəm. Onların hamısında fiziki durum qaydasındadır.

- Azərbaycan millisində lider kim olacaq?

- Bizdə fərdi heç nə yoxdur. Ancaq komanda şəklində mübarizə aparacağıq. 

- Qapıda kimə şans verəcəyinizi artıq müəyyənləşdirmisiniz?

- Əsas heyət haqda hələ heç bir fikrim yoxdur. Qərar verməmişəm.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
50
teleqraf.com

10Источники