RU

"Neftçi"nin qadınları bu gün ÇL-də mübarizəyə başlayır

Bu gün "Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun komandası Gürcüstanın Tsxaltubo şəhərində keçiriləcək görüşdə Avstriyadan “Sankt-Pölten” ilə qarşılaşacaq.

Tskaltubo Texniki Mərkəzin stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Çempionlar yolunun 2-ci qrupundakı bu matçın qalibi “Vlajniya” (Albaniya) - “Lançxuti” (Gürcüstan) cütünün qalibi ilə finalda üz-üzə gələcək.

Cütlərin məğlubları isə üçüncü yer uğrunda oyunda qarşılaşacaqlar. Həmin oyunlar sentyabrın 7-də keçiriləcək.

4 sentyabr

18:00. “Sankt-Pölten” (Avstriya) – “Neftçi” (Azərbaycan)
Baş hakim:
Jelena Kumer (Xorvatiya)
Tskaltubo Texniki Mərkəzi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
70
sportinfo.az

1Источники