RU

Beynəlxalq Parlamentarilər Konqresinin nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Beynəlxalq Parlamentarilər Konqresinin (İPC) nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Fins.az-a verilən məlumata görə, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin “yaşıl” iqtisadiyyatın inkişafına, qlobal iqlim problemlərinin həllinə verdiyi önəmin göstəricisi olduğu vurğulanıb. COP29 çərçivəsində  beynəlxalq təşkilatlarla əməkdaşlığın diqqət mərkəzində olduğu bildirilib, ölkəmizdə “yaşıl” enerjinin təşviqi və qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət göstərildiyi qeyd edilib.

Görüşdə IPC-nin İqlim Dəyişikliyi üzrə Beyin Mərkəzinə dair təşəbbüsü çərçivəsində tərəfdaşlıq məsələləri müzakirə olunub.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
2
fins.az

3Источники