RU

Keşbek həvəsi - “hamam pulunu” kim verir?

Mağaza və supermarketlərdə, yanacaqdoldurma məntəqələrində  məhsul alarkən əsas diqqət etdiyimiz məsələlərdən biri nə qədər keşbek (“Cash-back”) hesablanmasıdır.

İngilis mənşəli bu söz artıq dilimizdə geniş yayılmaqdadır.

Qısa mənası ödənilmiş məbləğin bir hissəsinin geri qaytarılmasıdır.

Alıcılar keşbek əldə etməyə böyük həvəslə yanaşır. Bəs bu pulu kim ödəyir?

Əvvəlcə ondan başlayaq ki, 10-15 il əvvəllə müqayisədə Azərbaycanda məhsul və xidmət haqlarının ödəniş forması əhəmiyyətli dərəcədə dəyişib.

Əvvəllər insanlar məhsul alarkən və ya xidmətlərdən istifadə edərkən onun haqqını daha çox nağd formada ödəyirdi.

Vaxt vardı  uzun növbələrdən sonra pulu bankomatdan çıxarıb nağd şəkildə mağazaya ödəyirdik.

İndi isə elə həmin kartla ödənişi birbaşa aparmaq mümkündür.

Mağaza və supermarketlərdə apardığımız müşahidələr göstərir ki, böyük əksəriyyət ödənişi kartlar və mobil tətbiqlər vasitəsi ilə edir.

Deməli burada hansısa üstünlüklər var.

Hazırda posterminallarda ödəniş edən zaman ƏDV çekləri ilə yanaşı, bəzi hallarda keşbek imkanlarından yararlana bilirik.  

 

 

Keşbek nədir?

 

Keşbek  ticarət və xidmət obyektlərində xərclədiyimiz pulun bir hissəsinin bizə qaytarılmasıdır.

Bu yalnız  hansısa bir bank kartına, məhsula və ya məhsul qruplarına tətbiq edilir.

Başqa sözlə, istənilən bank kartı ilə hər hansı məsulu aldıqda heç də o demək deyil ki, keşbek hesablanacaq. Hesablanmaya da bilər.

Keşbek iki formada reallaşır.

Birinci halda kartla ödəniş edilən zaman məbləğin müəyyən faizi karta geri qaytarılır.

Bu zaman alıcı həmin məbləğdən istifadə etməkdə sərbəstdir. İstəsə nağdlaşdıra bilər, istəsə də müəyyən ödənişlərdə istifadə edər.

İkinci növ keşbek  ödəmələri zamanı müştərinin kartına vəsait xallar və millər formasında qaytarılır.

Müştəri bəlli bir xal və mil topladıqda onları məhsil və xidmətlərin əldə olunmasına istifadə edə bilər.  

 

Keşbek  necə hesablanır?

Tutaq ki 100 manatlıq hər hansı məhsulun satışına 10 faiz “cash-back”  hesablanır.

Bu zaman alıcı 100 manat ödəyir. Həmin vəsaitin 10 faizi - yəni 10 manatı keşbek  formasında müştərinin kartına qaytarılır.

Keşbeklərin faizi  banklardan, alış-veriş məntəqələrindən və məhsullardan asılı olaraq 0,5-30 faiz arasında dəyişir.

Araşdırmalar göstərir ki, əhalinin daha çox istehlak etdiyi ərzaq mallarına minimal faiz dərəcəsi hesablanır.

Daha az alınan mallara, məsələn musiqi alətləri, bahalı hədiyyələrə  hesablanan keşbeklərin faizi 30 faizdək çatır.

Keşbeklər  hesablanan məhsul və xidmətlərin əhatə dairəsi genişdir.

Avtomobil yanacağı,  ərzaq və qeyri-ərzaq məhsulları, ayaqqabı, geyim və bəzək əşyaları, sağlamlıq, gözəllik məhsulları və xidmətləri, hədiyyələr, musiqi alətləri və s. satılarkən müxtəlif məbləğlərdə keşbek hesablanır.

Yeri gəlmişkən, hesablanan keşbeklər bəzi hallarda litmitlə olur. Bəzi banklar 100-200 manat məbləğində keşbek limiti təyin ediirlər.

Yanacaqdoldurma məntəqələrində keşbeklərin ödənilməsi maraqlıdır.

Çünki yanacağın pərakəndə satıçında rentabellik o qədər də yüksək olmur.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, yanacaqdoldurma məntəqələrində keşbek ödənilməsi kütləvi deyil.

“Bir-iki yanacaqdoldurma məntəqəsi və bir iki bank tərəfindən  belə xidmət edilir amma kütləvi deyil.

 Qiymət bahalaşmazdan əvvəl, 1 litr Aİ 92 və dizel yanacağının qiymətində 6-7 qəpik qalırdı.

 Bununla yanacaqdoldurma məntəqələri xərclərini ödəməli idilər”

 

Keşbek zənciri

Məsələni aydın təsəvvür etmək üçün keşbek  həlqəsinə diqqət yetirmək lazımdır. Burada 3 tərəf var: alıcı, satıcı, və bank.

Alıcı mağazadan məhsulu alır və dəyərini ödəyir, satıcı buna görə alıcıya müəyyən vəsait qaytarır.

Bəs onun marağı nədir, niyə öz gəlirini bölüşür?

İqtisadçı-ekspert Xalid Kərimli bu sualların cavabını Modern.az-la bölüşür.

Ekspertin sözlərinə görə, keşbek  qaytarılması banklar üçün ağır  maliyyə tutumlu prosesdir.

Zaman-zaman banklar hətta ildə 10 milyon manatlarla vəsaiti bu istiqamətdə xərclədiyini açıqlayır.

Əlbəttə keşbekin hamısı bankın cibindən getmir.

Düzdür bank ödəyir amma mənbəyi sahibkardır.

“Biz kartla posterminalda alış-veriş edəndə orada  adətən 1-1,5 faiz məbləğ kart-prosesssinq mərkəzinə və banklara ötürülür.

Bank həmin puldan ödəniş terminallarına cüzi məbləğdə xidmət haqqı ödəyir.

Burada təbii ki, məbləği sahibkar ödəyir. Misal üçün biz 100 manatlıq mal alırıq.

Bank sahibkara çatan  məbləğin bir hissəsini xidmət haqqı kimi tutur.

Ona görə də bəzi hallarda problem yaranır.

Sahibkarlar çalışır ki, alış-veriş nağd formada olsun. Sahibkarların nağdsız ödəmələrdən qaçmasının bir səbəbi də budur.   Çünki nağd satış olanda onlar məbləği tam götürür.

Kartla ödəyəndə isə banklar 1-1,5 faiz tutur.

Üstəlik bu zaman həmin dövriyyə vergiyə düşür.

Sahiblkarların nağd ödənişlərə maraq göstərmələrinin, endirim etmələrinin səbəblərindən biri budur.

Banklar sahibkarlarla xüsusi müqavilə bağlayır.

Müqaviləyə əsasən sahibkarlar  texniki xərclərdən başqa da banka əlavə komissiya ödəyir.

Bank isə mobil tətbiq vasitələrində şirkətin ticarəıt markasının yerləşdirilməsi və öz vasitələri ilə bir sıra reklam xidmətlərinin göstərilməsini  öhdəsinə götürür.

Əslində burada sahibkar da maraqlıdır

Çünki o, reklama görə əlavə pul ödəmir.

Eyni zamanda, keşbek endirimləri sahibkarlar üçün əlavə müştəri cəlbinə də stimulverir.

Bu zaman bank əmin olur ki, xərclərini sahibkardan çıxacaq”.

Bəs sahibkar nə edir?

O da kart ödənişləri və keşbek kimi ödəmələri   məhsulun üzərinə qoymaqla itkilərini kompensasiya edir.

İş adamları düşünür ki, keşbekə görə 7-10 faiz ödənişi məhsulun üzərinə gəlmək olar.

Bu proses genişləndikcə qiymətlər də artır.

Deməli, həvəslə aldığımız keşbekləri qiymət artımı formasında geri qaytarmalı oluruq.  

 

Keşbeklər banklara əlavə imkanlar yaradır

Əslində  banklar bunu  marketinq xərclərindəı nəzərə alır.

Burada məqsəd daha çox müştərini özləırinə cəlb etsinlər. kas bek kartlarında xərc deyəndə bizim tarixçəmiz formalaşır.

İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, bu həm də banklara çarpaz satışlar etməyə imkan verir.

“Diqqət yetirsəniz görərsiniz ki, kartlarda məzənnə kursu sərt olur.

Tutaq ki, bankda nağd dolları dəyişəndə 1 manat 70 qəpiyə  dəyişirsənsə kartla dəyişəndə məzənnə 1 manat 69 qəpiklə hesablanır.

Yəni, banklar  bu cür çarpaz satışlarla daha çox qazanlırlar.

Həm də bu cür tarixçə banklara həmin müştəriyə kredit vermək üçün yaxşı vasitədir.

Belə ki onlar  alıcılıarın xərclərinə baxıb onların potensialını qiymətləndidir.

Bu da gələcəkdə həmin alıcılara kredit satmaq üçün əlverişli imkan yaradır”. 

Bir sözlə, keşbekdən hamı qazanlır.

Sahibkar məhsulunu daha geniş alıcı kütləsinə satır və bəzi reklam xərclərindən azad olur.

Bank xidmət göstərir, pul qazanır, yeni müştərilər tapir.

İstehlakçılar keşbek əldə edir və sonradan sonradan qazandığını sahibkara qaytarır və beləcə dövrə qapanmır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
modern.az

1Источники